Gəncədə dəm qazından zəhərlənən uşaqların SON VƏZİYYƏTİbackend

Gəncədə dəm qazından zəhərlənən uşaqların SON VƏZİYYƏTİ

Xəbər verdiyimiz kimi, Gəncədə 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Gəncə Şəhər 2 nömrəli uşaq xəstəxanasının təcili yardım şöbəsinin həkim-pediatırı Gülmira Alıyeva “Qafqazinfo”ya bildirib ki, yaralı vəziyyətdə olan uşaqlardan biri ölüb, birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

O, xəstələrin vəziyyəti ilə bağlı məlumat verib:

“Dəm qazından zəhərlənən şəxslər 18:30 radələrində xəstəxanaya daxil olublar, onlar iki ailə idilər. 2021-ci il təvəllüdlü Zəhra Musayeva xəstəxanaya daxil olarkən onun öldüyü bilinib. Digər 3 uşağa  Musayeva Zeynəb Rəsul qızı- 2015, Musayeva Dərya Tural qızı- 2018, Musayeva Fatimə Tural qızı- 2019) ilkin tibbi yardım göstərilib. Onlar hazırda şöbədə yerləşdiriliblər.

İlkin diaqnoz dəm qazından zəhərlənmədir. Onlardan ikisinin vəziyyəti orta-ağırdır, birinin isə ağır olaraq qiymətləndirilir. Valideynlərdə zəhərlənmə faktı yoxdur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*