Gəncədə azyaşlılar dəm qazından zəhərləndi – ÖLƏN VAR / YENİLƏNİBbackend

Gəncədə azyaşlılar dəm qazından zəhərləndi - ÖLƏN VAR / YENİLƏNİB

Nazirlik Gəncədə baş verən hadisə ilə bağlı məlumat yayıb.

KONKRET.az  xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhərin Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Z. İsayevanın dəm qazından zəhərlənərək öldüyü, Zeynəb Musayeva, Dərya Musayeva, Fatimə Musayevanın zəhərlənməsi məlum olub”.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

20:05

Gəncədə partlayış baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən binada qeydə alınıb. Yaşayış binasında partlayış zamanı xəsarət alan 4 azyaşlı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Z.Musayeva ölüb, 3 nəfərin vəziyyəti orta ağırdır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*