Gəncədə evdə qaz partladı: xəsarət alan varbackend

Gəncədə evdə qaz partladı: xəsarət alan var

Gəncə sakini yanıq xəsarətləri alıb.

KONKRET.az xəbər verir ki, şəhər sakini 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G.Əsgərova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*