Gəncədə güclü külək nəhəng “yolka”nı aşırdı – Video/Yenilənibbackend

Gəncədə güclü külək nəhəng “yolka”nı aşırdı - Video/Yenilənib

Qərb bölgəsində güclü külək bir sıra fəsadlara yol açıb.

KONKRET.az xəbər verir ki, bunlardan biri Gəncədə baş verib.

Belə ki, güclü külək şəhər mərkəzində Yeni il üçün quraşdırılan “yolka”nı aşırdıb.

Həmin anın görüntülərini təqdim edirik:

***

23:55

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, güclü külək nəticəsəndə Gəncənin mərkəzi meydanında Yeni il bayramı ilə əlaqədar quraşdırılan şam ağacının aşması zamanı xəsarət alan olmayıb. 

KONKRET.az xəbər verir ki, həmçinin şəhərdə qısapanma səbəbindən transformatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda küləkli hava şəraiti davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*