Gəncədə yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1951-ci il təvəllüdlü Vaqif Rzayev hovuza düşüb.
Nəticədə 74 yaşlı kişi boğularaq dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.