Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir – FOTOLARbackend

Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTOLAR

Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir.

KONKRET.az xəbər verir ki, son vaxtlar koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən tibbi-profilaktiki işlər gücləndirilib. Səhər saatlarından başlayaraq Gəncədə xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri əhatə edib.

Qeyd edək ki, dezinfeksiya işləri müəyyən edilmiş qrafik üzrə mütamədi olaraq aparılır. (unikal.org)

Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir- FOTOLAR

Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir- FOTOLAR

Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir- FOTOLAR

Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir- FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*