Küçədən tapılan körpə ilə bağlı təfərrüatlar məlum oldu – YENİLƏNİBbackend

Küçədən tapılan körpə ilə bağlı təfərrüatlar məlum oldu - YENİLƏNİB

Xəbər verildiyimiz kimi, avqustun 30-u gecə saatlarında bir nəfər şəxs Gəncə şəhərində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov KONKRET.aza çıqlamasında bildirib ki, polis əməkdaşlı dərhal körpənin qayğısına qalaraq onu  2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.

Qurum rəsmisinin sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub  ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası-Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə uşağı qərarlaşdırdıqları üzrə polisə verib.

Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.

10:00

Gəncə şəhərində küçəyə atılmış 3 aylıq qız uşağı tapılıb.

KONKRET.az xəbər verir ki, bu gün səhər saatlarında şəhərin A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində 3-4 aylıq uşaq tapılıb. Körpə 2 saylı uşaq xəstəxanasına verilib, səhhəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*