Gəncədə avtobusla minik maşını toqquşub, nəticədə beş nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.
Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobilinin şəhərdə sərnişin daşıyan 11 saylı “İsuzu” markalı avtobusla toqquşması nəticəsinsə 47 yaşlı Akif Hüseynov, 43 yaşlı Nail İsgəndərov, 36 yaşlı Vasif Məsimov, 36 yaşlı Fatimə Zeynalova və 17 yaşlı Ayxan Əliyev xəsarət alıb.
Hadisəyə avtomobil sürücüsünün sərxoş halda sükan arxasında oturması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
19:43
Gəncədə miktoavtobus aşıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.