Gəncədə bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin “Dubay bazarı” adlanan bazar yaxınlığında qeydə alınıb.
Belə ki, mübahisə zəminində 1999-cu il təvəllüdlü Ü. Mehdizadə kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./report