Polis əməkdaşının bıçaqlanması xəbərinə – DİN-dən REAKSİYAbackend

Polis əməkdaşının bıçaqlanması xəbərinə - DİN-dən REAKSİYA

Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.

Bunu KONKRET.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

21:24

Gəncədə polis əməkdaşı bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Kamal Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Kamal Əliyevin polis əməkdaşı olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*