Xəbər verdiyimiz kimi, Bakı-Qazax avtomagistralının Göygöl rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik maşını idarəetmədən çıxıb.
KONKRET.az unikal-a istinadən xəbər verir ki, qəza nəticəsində minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra yolun kənarına aşıb. Nəticədə minik maşını sürücüsü – Göygöl rayonun Yeni Qızılca kənd sakini avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Elvin Məmmədov və 2009-cu il təvəllüdlü İsbi Alıyev hadisə yerində ölüblər.
2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Qəzada həyatlarını itirən Elvin və İsbinin fotolarını təqdim edirik:
.jpg)
.jpg)
