Gəncə və Tovuzda itkin düşən qızlar tapıldı – YENİLƏNİBbackend

Gəncə və Tovuzda itkin düşən qızlar tapıldı - YENİLƏNİB

Gəncə və Tovuzda yeniyetmə qızlar itkin düşüb.

KONKRET.az xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan 2009-cu il təvəllüdlü T.Quliyeva (soyadlar şərtidir) evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Oxşar hadisə Tovuzun Aşağı Quşçu kəndində də baş verib. 2009-cu il təvəllüdlü G.Babayeva dünən səhər saat 8 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, itkin düşən qızların ikisi də məktəblidir.

***

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, polisin keçirdiyi axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*