Gəncədə yeniyetməni tanışı bıçaqlayıb – YENİLƏNİBbackend

Gəncədə yeniyetməni tanışı bıçaqlayıb - YENİLƏNİB

Gəncədə naməlum şəraitdə xəsarət alan yeniyetmənin bıçaqlandığı məlum olub.

KONKRET.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Musa Həsənovu tanışı, həmyaşıdı Hüseyn Həsənov bıçaqlayıb.

Polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxs saxlanılıb. O ,ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

***

19:12

Gəncə şəhərində yeniyetmə naməlum şəraitdə xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü M.Həsənov qarının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 16 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Yeniyetmənin sözlərinə görə, o qaçan zaman yıxılıb, qarnına şüşə batıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*