Gəncədə bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət aldığı davanın təfərrüatları məlum olub.
KONKRET.az xəbər verir ki, pul üstündə baş verən dava zamanı güllələnən Əli Bayramov ingilis dili müəllimi olub.
Ə. Bayramov 3 uşaq atası idi. Davaya səbəb isə onun qohumları olan iki qardaş – Kamal və Niyazi Bayramovlardan aldığı pulu qaytarmaması olub.
Hazırda araşdırma aparılır.
Məlumata görə, mərhum Kamal Bayramovla Daşkəsən rayonunda eyni məktəbdə işləyirmiş./apa