Gəndob-Yalama yolunda iki maşın toqquşdu, xəsarət alanlar varbackend

Gəndob-Yalama yolunda iki maşın toqquşdu, xəsarət alanlar var

Bu gün günorta saatlarında Gəndob-Yalama yolunda qəza baş verib. 

KONKRET.az-ın verdiyi məlumata görə, hadisə magistralın 33 km-də, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan “Azsamand” markalı nəqliyyat vasitəsi ilə “Renault” markalı maşın toqquşub. 

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*