General Hikmət Abbasov işdən niyə çıxarılıb?backend

General Hikmət Abbasov işdən niyə çıxarılıb?

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Hikmət Abbasovun vəzifəsindən azad edilməsinə dair yeni faktlar üzə çıxıb.

KONKRET.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu ilin iyun ayında Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib. Onun yerinə təyin olunan Dövlət Yanğın Nəzarəti Xidmətinin sabiq rəisi Hikmət Abbasovun rəhbərlik etdiyi əvvəlki və hazırkı qurumlarda hüquq-mühafizə orqanları ilə bərabər yoxlamalar aparılıb.

Hər iki qurumda maddi-texniki təchizatla bərabər, ciddi maliyyə pozuntuları da aşkarlanıb. Bu səbəbdən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmrlə Hikmət Abbasovu vəzifəsindən azad edib.

İddiaya görə, Hikmət Abbasov uzun illər FHN-də çalışması və general rütbəsi daşıması nəzərə alınaraq həbslə deyil, vəzifədən azad edilməklə cəzalandırılıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin bütün şəhər və rayon şöbələrində də yoxlamalar aparılır. Hər iki qurumun əksər şəhər və rayon idarə, şöbələrinin rəisləri işdən azad olunub, bəzilərinin yerləri dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*