General Oruc Zalov İŞDƏN ÇIXARILDI – Yerinə o TƏYİN OLUNDUbackend

General Oruc Zalov İŞDƏN ÇIXARILDI - Yerinə o TƏYİN OLUNDU

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən çıxarılıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, general Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşı tamam olan və dekabrın 8-də Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

Fotoda Oqtay Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*