Azərbaycana yeni hərbi prokuror təyin edildikdən sonra bu qurumda çalışmış yüksək vəzifəli şəxslər yola salınır və ya yeni təyinatlar həyata keçirilir. Bir neçə gündür, Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovun vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.
KONKRET.az xəbər verir ki, manset.az Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovla əlaqə saxlayıb. Ş.İmranov ona ünvanlanan suallara cavab vermək əvəzinə, sərt ifadələr işlədib:
“Siz kimsiniz ki, məni yığmısınız? Vəzifəyə nə vaxt təyin olunub, nə vaxt azad olunacağımla bağlı mənə ağıl öyrətməyin. Nə deyə bilərəm, nə deyə bilmərəm özüm bilərəm. İşinizlə məşğul olun” – deyə general bildirib.