General Səfər Mehdiyevin tələbə yoldaşını işdən çıxardıbackend

General Səfər Mehdiyevin tələbə yoldaşını işdən çıxardı

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. 

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun dünən verdiyi müvafiq əmrlə idarənin rəisi, gömrük xidməti polkovniki Fərhad Fərrux oğlu Babayev öz xahişi ilə vəzifəsindən azad olunub.

Dövlət Gömrük Xidmətinin mətbuat xidməti xəbəri təsdiqləyib.

Qeyd edək ki, Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. 2018-ci ildə komitənin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunan Fərhad Babayev uzun illər ləğv edilən Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*