Gerasimov açıqladı: Kurskun 99,5 %-i azad edilibbackend

Gerasimov açıqladı: Kurskun 99,5 %-i azad edilib

Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə “Şimal” qoşun qruplaşmasının Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları apardığınını bildirib.

O, ərazinin əsas hissəsinin azad edildiyi barədə məruzə edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, general bunu Rusiya lideri ilə görüşü zamanı bildirib.

“Müdaxilə edilmiş vilayət ərazisinin əsas hissəsi – 1 260 kv. km, yəni 99,5 %-i hazırda azad edilib. Sadəcə döyüş əməliyyatlarının getdiyi iki sahə qalıb. Hazırda “Şimal” qoşun qruplaşması Ukrayna silahlı qüvvələrinin müdaxilə etdiyi Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları aparır.” – deyə, o bildirib.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*