Əbu-Dabidə keçirilən danışıqlar Rusiya və Ukrayna liderləri arasında mümkün birbaşa görüş ehtimalını gündəmə gətirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ rəsmilərindən birinin sözlərinə əsasən, tərəflər müzakirələr zamanı kəskin mövzulardan yayınmayıb və “həqiqətən həll yolları axtarıblar”.
Məlumata görə, danışıqlarda əsas fikir ayrılıqları açıq şəkildə masaya qoyulub, mümkün kompromis variantları və növbəti mərhələdə siyasi dialoqun dərinləşdirilməsi imkanları müzakirə edilib. Bu isə Putin və Zelenski arasında birbaşa görüş ehtimalını daha real edir.
