Ermənistanda atışma – Qumbara partladı – Ölən varbackend

Ermənistanda atışma - Qumbara partladı - Ölən var

Ermənistanın Gorus şəhərində silahlı insident baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə 24News məlumat yayıb.

Saytın verdiyi xəbərə əsasən, mübahisə zamanı qumbara partlayıb. Nəticədə Aruş Aruşanyanın sürücüsü, onun uzaq qohumu (uzun müddət Ermənistan ərazisində yaşamayıb və münaqişə də onunla baş verib), həmçinin daha bir erməni gənc həlak olub. Daha bir nəfər yaralanıb və hazırda ona cərrahi əməliyyat aparılır.

News.5tv.am saytının məlumatına görə, insident sürücü ilə onun əmisinin oğlu arasında baş verib. Sonuncu Rusiyadan qayıdaraq köhnə hesablaşmaları həll etmək üçün gəlib (onlar uzun illər babalarının evinə görə mübahisə ediblər).

Rusiyadan gələn gəncin üzərində qumbara olub və hər ikisini partlatmaqla hədələyib.

Hadisə zamanı münaqişənin qarşısını almağa çalışan Artsaxdan olan bir gənc də orada olub, lakin buna nail ola bilməyib. Qumbara partlayıb, əminin oğlu həlak olub.

Üçüncü gənc isə yaralanıb. Hazırda onun üzərində cərrahi əməliyyat aparılır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*