“Ölkədə süni qiymət artımı yaradan gömrük orqanlarının “bəyannamə qiyməti” adı ilə yaratdıqları “neomonopoliyadır”.
KONKRET.az bildirir ki, bunu keçmiş millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli deyib.
Onun sözlərinə görə, yüzlərlə, minlərlə sahibkar gömrük orqanlarının qanunsuz tələblərinə “boyun əyir”:
“Onlar komitənin diktə etdiyi qiymətlərlə vergi, rüsum ödəyir. Nəticədə o “süni artırılan dəyər” malın qiymətini artırır və vətəndaş kasıblamaqda davam edir”./Sfera.az