Göbələkdən hazırlanan bu qida TƏHLÜKƏ SAÇIRbackend

Göbələkdən hazırlanan bu qida TƏHLÜKƏ SAÇIR

Böyük şəhərlərdə yeniyetmələr kütləvi şəkildə yeni təhlükəli trendlərə aludə olublar. Belə ki, göbələklərdən hazırlanmış “snyus” maraq doğurur.

KONKRET.az xəbər verir ki, “enerji və dözümlülük” vəd edən kapsul bankası üçün gənclər iki min rubla qədər pul ödəyirlər.

Mütəxəssislərin sözlərinə görə isə bu göbələk “kokteyli” sağlamlıq üçün təhlükəlidir.

Hər bir dozada təxminən 20 milliqram aktiv maddə var: “aslan yalı” (lion’s mane) alergiya yarada bilər, kordiseps ürəyə zərər verir, reyşi immuniteti zəiflədir, bakopa psixi durumu sabitdən çıxarır, guaranna isə kofein şoku yarada bilər.

Təhlükə onu daha da artırır ki, bu məhsul selikli qişa vasitəsilə sorulur və maddələr dərhal qana keçir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*