Gömrük Hospitalı Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirdibackend

Gömrük Hospitalı Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirdi

“Bu günlərdə sosial şəbəkələrdə yayılan səs yazısı insanlar arasında çaşqınlıq yaradıb. Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin 10 gün əvvəl dostlarına ünvanladığı bu səs yazısında o, vəziyyətinin yaxşı olduğu bildirir. Xatırladaq ki, bu mesaj yazılarkən, hələ Bəhram Bağırzadə koronovirus testindən təzə keçmişdi və testin nəticəsi müsbət çıxmışdı”.

KONKRET.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının mətbuat katibi Dilara  Zamanova deyib.

Zamanovanın sözlərinə görə, ilk günlər vəziyyəti stabil olsa da, iyunun 13-də xəstənin vəziyyəti kəskin pisləşib və o, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib: “Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Çaşqınlıq yaradan və insanları koronavirusun bir oyun, şou olduğuna inandırmağa çalışan bir qrup insanın bu cür hərəkətləri kəskin ictimai qınaqla qarşılanmalıdır. Belə ki, Azərbaycan hökumətinin karantin rejimi ilə bağlı qəbul etdiyi qərarların həyata keçirilməsinə əngəl yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*