COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Mərkəzi Gömrük Hospitalı vakant yerlər elan edib.
KONKRET.az xəbər verir ki, pandemiya dövründən asılı olaraq müddətli işə qəbul ediləcək personal COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsinə cəlb olunacaq.
Hospital aşağıdakı vakansiyalar üzrə tibb işçilərinə ehtiyac olduğunu bildirib:
Həkim
Vakansiya tələbləri:
– Ali tibb təhsili;
– Səhiyyə Nazirliyinin sertifikasiyası
– Tibb sahəsində minimum 1 il iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
– Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək;
– Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək;
– Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək;
– Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
– Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
– Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək;
– Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək;
– Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
Tibb bacısı (qardaşı)
Vakansiya tələbləri:
– Orta tibbi təhsil (tibb bacısı, mama, feldşer)
– Səhiyyə Nazirliyinin sertifikasiyası
– Tibb sahəsində minimum 3 il iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
– Həkiməqədər tibbi yardım göstərmək.
– Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirmək.
– Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək.
– Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək.
– Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparmaq.
– Həkim təyinatının yerinə yetirilməsini təmin etmək.
– Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirmək.
– Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik etmək.
– Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirmək.
– Sanitariya-gigiyenik rejim, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların xəstəxanadaxil infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirləri həyata keçirmək.
Kiçik tibb işçisi
Vəzifə öhdəlikləri:
– Tibb bacısının rəhbərliyi altında xəstələrə qulluq etmək.
– Xəstələrin və otaqların təmiz saxlanılmasını təmin etmək.
– Xəstələrə qulluq, əşyalarının istifadəsi və saxlanılmasının düzgünlüyünü izləmək.
– Xəstələrin döşək ağlarının və alt geyimlərinin dəyişdirilməsini həyata keçirmək.
– Ağır xəstələrin daşınmasında iştirak etmək.
– Müəssisədə sanitar normalara uyğun olaraq otaqların yığışdırılmasını həyata keçirmək.
Xadimə
Vəzifə öhdəlikləri:
– Otaqları, dəhlizləri, pilləkənləri yığışdırmaq.
– Mebelin, xalça materiallarının tozunu təmizləmək; divarları, döşəmələri, pilləkənləri, pəncərələri əl ilə və ya maşın və aparatların köməyi ilə süpürmək və yumaq.
– Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.
– Duş, qarderob və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparmaq.
– Yuyucu və dezinfeksiyaedici məhlulları hazırlamaq.
– Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.
Porter
Vəzifə öhdəlikləri:
– Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.
– Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.
– Ağır xəstələrin daşınmasında iştirak etmək.
– Döşəmələri, pilləkənləri, pəncərələri aparatların köməyi ilə yumaq.
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına “Covid-19” başlığı ilə göndərə bilərlər.
Islemisem is tecrubem yaxsidir