Gömrükçülər külli miqdarda dərman pereparatı müsadirə etdi – FOTObackend

Gömrükçülər külli miqdarda dərman pereparatı müsadirə etdi - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi 2 ədəd “DAF” markalı yük avtomobilləri saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 7 200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd ineksiya üçün iynə, 94 ədəd vakum test borusu aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*