“Google” şirkəti məhkəməyə verildi – Prosesi uduzdubackend

“Google” şirkəti məhkəməyə verildi - Prosesi uduzdu

“Google” şirkəti “Chrome” brauzerindən istifadə edən 136 milyondan çox ABŞ sakininin şəxsi məlumatlarını ehtiva edən milyardlarla qeydi silməyə razılaşıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bunu məhkəmə iddiasına görə etməyə məcbur olub. İstifadəçilər korporosiyanı qeyri-qanuni izləmədə ittiham ediblər.

“Google”a qarşı kollektiv iddia 2020-ci ilin iyununda açılıb. 2023-cü il dekabrın sonunda iddiaçıları və korporasiyanı təmsil edən vəkillər iddianın tənzimlənməsinə kömək edəcək razılığa gəldiklərini elan ediblər. İddiaçılar “Google”u inkoqnito rejimində olan istifadəçilərin belə internet fəaliyyətini izləməyə davam etməkdə günahlandırıblar.

“Google” hüquqşünaslarının səyləri sayəsində iddianın məhkəmə prosesində baxılmasına dərhal başlanılmayıb. 2023-cü ilin avqustunda hakim İvonna Gonsales Rocers korporasiyanın işə xitam verilməsi tələbini rədd edib və bu, tərəflər arasında danışıqların başlamasına səbəb olub. Cavabdeh və iddiaçılar arasında sövdələşmənin şərtləri ilk dinləmələrin keçiriləcəyi iyulun 30-dan gec olmayaraq təsdiqlənə bilər.

Razılaşmanın şərtlərinə görə, “Google” məlumat mərkəzlərindən milyardlarla qeydi silməklə yanaşı, inkoqnito rejimindən istifadə edərkən, istifadəçi üçün mövcud olan məxfilik dərəcəsini daha aydın şəkildə bildirməli olacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*