“Gör İran nə günə qalıb ki, erməniyə arxalanır” – Türkiyədən TƏHLİLbackend

"Gör İran nə günə qalıb ki, erməniyə arxalanır" - Türkiyədən TƏHLİL

“Gör İran nə günə qalıb ki, erməniyə arxalanır. Ay İran, elə bilirsən ki, ermənilər səni dəstəkləyəcək?”.

KONKRET.az xəbər verir ki, bu Türkiyədən olan tarixçi, yazar Koray Kamacının təhlilinin bir hissəsidir. Şərhinin sonrasında Zəngəzur dəhlizindən bəhs edən tarixçi İranın bu koridoru təhdid saydığını deyib:

“İran cəbhəsini düz seçməlidir. İranın bir xarici işlər naziri var, Abdullahian, qəribə açıqlamaları var. İran Yaxın Şərqdə şiə məzhəbçiliyi, Qafqazlarda fars millətçiliyi edir. Amma bu siyasət artıq yeyilmir. İranı boğmaq üçün İsrail kimi dövlətlər gözləyərkən İranın qatilinə aşiq kimi davranması, müttəfiq ola biləcək dövlətləri qarşısına alması doğru deyil”.

Həm də Zəngəzur dəhlizi Çinin layihələri üçün mühüm tranzit xəttidir. İranı ac saxlamayan isə Çindir. Belə düşünən Koray Kamacı İranın addımlarını məntiqsiz adlandırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*