Goranboy İcra Hakimiyyətinin əməkdaşı yol qəzasında xəsarət aldıbackend

Goranboy İcra Hakimiyyətinin əməkdaşı yol qəzasında xəsarət aldı

Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Qazanbulaq qəsəbəsində qeydə alınıb. Avtomobil qəzası zamanı, 1988-ci il təvəllüdlü Həsənov Murov Bilal oğlu xəsarət alıb, yaralı xəstəxanaya aparılıb.

Qeyd edək ki, xəsarət alan şəxsin Goranboy rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı vəzifəsində çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*