Goranboy rayon sakini hamam otağında dəm qazından zəhərlənərək ölüb.
KONKRET.az xəbər verir ki, hadisə dekabrın 11-i saat 07 radələrində rayonun Tapqaraqoyunlu kəndində qeyd alınıb.
Belə ki, “Azəriqaz” İB-nin Tikinti departamentində traktor sürücüsü işləyən Süleymanov Elşad Qasım oğlunun kirayədə yaşadığı evin hamam otağında meyiti aşkar olunub.
Onun dəm qazından zəhərlənmədən ölməsi ehtimal edilir.//Report