Goranboy sakininin ölümünə görə bir gün əvvəl dalaşdığı şəxs saxlanıldıbackend

Goranboy sakininin ölümünə görə bir gün əvvəl dalaşdığı şəxs saxlanıldı

Xocalı sakini qəfil vəfat edib.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Xocalı RPŞ-yə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub.

Dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

“Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb. M. Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır”, – məlumatda qeyd olunub.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*