Goranboyda 70 yaşlı piyadanı maşın vurdubackend

Goranboyda 70 yaşlı piyadanı maşın vurdu

Goranboyda piydanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun  rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü  Ə.Mərdanov idarə etdiyi “Mercedes” markalı  avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Yeniyol kənd sakini, 1955 -ci  il təvəllüdlü N.Aslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*