Goranboyda AĞIR QƏZA: 1 ölü, 7 yaralı varbackend

Goranboyda AĞIR QƏZA: 1 ölü, 7 yaralı var

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az Apa.az-a istinadən xəbər verir ki,  “VAZ-21099” və “Geely” markalı avtomobil toqquşması nəticəsində Samux rayonu Sərkar kənd sakini 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu dünyasını dəyişib.

Xəsarət alan Samux rayon sakinləri “VAZ 21099”-un sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984-cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-cı il təvəllüdlü Aysu Zeynalova xəstəxanaya yerləşdiriliblər.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasından Gəncədə yerləşən tibb müəssisələrindən birinə aparılır.

Xatırladaq ki, qəza rayonun Səfikürd kəndində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*