Goranboyda həyətyanı sahələri su basdı, yollar bağlandıbackend

Goranboyda həyətyanı sahələri su basdı, yollar bağlandı

Dünən və bu gün havanın qeyri-sabit keçməsi və yağan güclü yağış Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində ciddi fəsadlar törədib.

KONKRET.az-ın məlumatına görə, yağışlar nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb.

Yaranan sel suları çayın yatağı ətrafında yerləşən fərdi yaşayış evlərinin həyətlərinə dolub. Nəticədə sel bir çox rayon sakininin fərdi yaşayış evinə və təsərrüfatına ziyan vurub.

Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yolları bağlanıb. Hazırda yollarda hərəkətin bərpa edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən operativ işlər görülür.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*