Görün, ermənilər artıq nəyə ümid edir? – Yeni geosiyasi iqlim haqqında tezislər müzakirə olunurbackend

Görün, ermənilər artıq nəyə ümid edir? - Yeni geosiyasi iqlim haqqında tezislər müzakirə olunur

KONKRET.az xəbər verir ki, artıq erməni mediasında məhz erməni dilində bu dəfə başqa təhlükələrdən xəbər verən siyasi tezislər gündəmə gəlib. Həmin tezislərə görə təqdim edilən analitik səpkili yazılarda vurğulanır ki, hökümət tərəfdarı olan təbliğat maşını Ermənistan, Azərbaycan və Qarabağın sonda eyni təhlükəsizlik sistemində olacağıı fikrini təbliğ etməyə başlayıb. Məsələ burasındadır ki, bu fikirlərin həm də Xankəndində də tərəfdarları var. Həmin tezislərə görə bu model Kipr münaqişəsinin həlli modelinin yenidən hazırlanmış variantına bənzəyir.

Belə ki, Kipr qarşıdurması vəziyyətində həm Yunanıstan, həm Kipr, həm də Türkiyə Şimali Atlantika Alyansının üzvləridir, yəni müttəfiq olaraq bir-birlərinə hücum edə bilməzlər.

Əgər Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi vəziyyətində eyni model tətbiq olunsa, onda həm Ermənistan, həm də Azərbaycan eyni təhlükəsizlik sistemində, məsələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ola bilər. Yeni doğulan hədəflərə görə, onda Dağlıq Qarabağ münaqişəsi də Kipr məsələsi kimi ortadan çıxacaq. Ermənilər ümid edir ki, belə olan təqdirdə Azərbaycan heç bir halda hücuma keçməyə cəsarəti çatmaz. Xüsusən də Rusiya sülhməramlıları münaqişə bölgəsinə yeridilsə, ermənilər tam olaraq istəyinə çatacaq. Erməni ideoloqları iddia edir ki, BMT və ATƏT artıq çoxdan “xeyir-dualarını” veriblər. Hətta ilk prezident Levon Ter-Petrosyan da bu barədə danışıb. O deyib ki, bu, geosiyasi məsələdirsə, Moskva üçün ən sərfəli variant budur. Moskvanın bu həll yolu ilə bir çox faydası var.

Birincisi, Bakını öz təsir dairəsində saxlayır, sülhməramlı kimi beynəlxalq səviyyədə tanınan Azərbaycanın ərazisinə qoşun yeritmək fürsəti əldə edir, bu, şübhəsiz ki, Azərbaycanın suverenliyinin azalması, Ermənistanla Azərbaycan arasında sərhədlərin açılması, eyni zamanda Ermənistan və Türkiyə arasında açıq sərhədlər deməkdir. Öz növbəsində, bu, artıq Avrasiya İqtisadi Birliyi üçün ikinci nəfəsdir və eyni zamanda Gürcüstanın tranzit əhəmiyyətini azaltmaq və nəhayət gürcüləri diz üstə çökdürmək üçün əla oyun kartıdır.

Bu, heç olmasa Cənubi Qafqaz üçün sovet dövründən qalmış Moskvanın “ehtirası”nı tam təmin edir. Mövcud geosiyasi iqlim bütün bunlar üçün əlverişli görünür.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*