“Görünür, Rusiya Müdafiə Nazirliyi bu yolla Azərbaycana xəbərdarlıq mesajı göndərdiyini düşünür”backend

“Görünür, Rusiya Müdafiə Nazirliyi bu yolla Azərbaycana xəbərdarlıq mesajı göndərdiyini düşünür”

“Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib. Anar Eyvazov haqqında bəhs olunan hadisənin Azərbaycan Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiyanın sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırıldığını bildirərək, Azərbaycan bölmələrinin hər hansı atəş açmadığı təsbit olunduğunu vurğuladı. Belə olan halda Rusiya Müdafiə Nazirliyi nədən qəfil mövqeyini dəyişib və Azərbaycanı ittiham edib? Görünür, Rusiya Müdafiə Nazirliyi bu yolla Azərbaycana xəbərdarlıq mesajı göndərdiyini düşünür”.

KONKRET.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Yəni demək istəyirlər ki, “Azərbaycan bölmələrinin Qarabağdakı fəallığından narahatıq”. Nə deməklərindən asılı olmayaraq işimizi davam etdirməliyik. Müdafiə naziri Zakir Həsənovun təlimatı var: Rusiya hərbçilərinin arxasında gizlənən erməni separatçıları hədəfimizdir. Ona görə də Rusiya Müdafiə Nazirliyinin indiki halda həqiqəti əks etdirməyən məlumatından narahat olmağa dəyməz, tam əksinə qoy öyrəşsinlər ki, arxalarında gizlənən silahlı erməni separatçılarını rahat həyat gözləmir!” – E.Şahinoğlu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*