Göyçay rayonunda ötən həftə ağacdan yıxılan kişi ölüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, rayonun Bığır kənd sakini, 1962 təvəllüdlü Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb.
Ağır bədən xəsarəti alan yaralı dünən yaşadığı evdə ölüb.
Fakt araşdırılır.