Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum etdibackend

Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum etdi

Göyçay rayonunda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücum edib, nəticədə bir neçə qoyun tələf olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Belə ki, sahibsiz itlərin qoyun sürüsünə hücumu nəticəsində kənd sakini Kamil Niftəliyevə məxsus 3 baş heyvan tələf olub, daha 7 baş heyvan isə yaralanıb.

Hadisənin baş verdiyi əraziyə baytarlar cəlb olunublar və yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*