2 nəfərin öldüyü qəzadakı avtomobil duracaqda yanıbbackend

2 nəfərin öldüyü qəzadakı avtomobil duracaqda yanıb 

Göygöldə 2 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzasına düşmüş avtomobil duracaqda yanıb.

KONKRET.az xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Bakı Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir arakəsməyə, daha sonra isə yolun kənarına aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa gətirildikdən sonra yanıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*