Göygöldə evdən meyiti tapılan şəxs polis əməkdaşı imiş – YENİLƏNİBbackend

Göygöldə evdən meyiti tapılan şəxs polis əməkdaşı imiş - YENİLƏNİB

Göygöldə mühafizə polisinin əməkdaşı Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

O, Göygöl rayon Mühafizə Polisində serjant rütbəsi ilə xidmət edib.

Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub.

Faktla bağlı araşdırma aparılır.

09:47
Göygöl şəhəri Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birindən meyit tapılıb.

KONKRET.az xəbər verir ki, Samux rayon sakini, 1982-ci il təvəllüdlü E.Nuriyevin həmin ünvanda kirayə yaşadığı evdə meyiti tapılıb.

Onun ölüm səbəbləri məlum deyil.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*