Göygöldə “Niva” aşdı: bacı öldü, qardaşı ağır yaralandıbackend

Göygöldə “Niva” aşdı: bacı öldü, qardaşı ağır yaralandı

Göygöl rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, sürücü idarə etdiyi “Niva” markalı avtomobili aşırması nəticəsində maşında olan 1996-cı il təvəllüdlü Qocayeva Gülnur Fazil qizi həlak olub.

Onun qardaşı, 1992-ci il təvəllüdlü Qocayev Elnur Fazil oğlu və daha bir nəfər ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb.

Faktla bağlı araşdıma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*