Göygöldə silah və narkotik aşkarlandı – Araşdırma gedirbackend

Göygöldə silah və narkotik aşkarlandı - Araşdırma gedir

Göygöl sakinlərində narkotik və silah aşkar edilib.

KONKRET.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elsevər Qəmbərov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitələr – “tiryək” və “heroin” müvafiq ekspertizaya təqdim edilib.

Bundan başqa, qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirlən tədbirlər nəticəsində rayon sakini Ceyhun Mərdanov saxlanılaraq polis şöbəsinə gətirilib. C. Mərdanovun üzərindən 1 ədəd qundağı və lüləsi kəsilmiş, istifadəyə yararlı 12 kalibirli tüfəng aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*