Guardian: “Ukraynaya əks-hücum üçün ən azı 100 tank lazımdır”backend

Guardian: "Ukraynaya əks-hücum üçün ən azı 100 tank lazımdır"

“Ukrayna əks-hücumu həyata keçirmək üçün Qərb ölkələrindən ən azı 100 tank almalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Britaniyanın “The Guardian” qəzeti Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun ekspertlərinə istinadən yazıb.

Nəşr qeyd edib ki, Britaniyanın 14 “Challenger 2” və Polşanın “Leopard” tanklarını Ukraynaya verməsi Qərbin artan hərbi yardımın başlanğıcı sayıla bilər, lakin bu, Ukrayna tərəfinin ehtiyaclarından xeyli azdır.

Eyni zamanda, Böyük Britaniya Silahlı Qüvvələrində cəmi 227 “Challenger 2″nin olması Kiyevə tədarükləri kəskin şəkildə artıra bilməz.

Qəzet vurğulayıb ki, 13 NATO ölkəsində 2,3 mindən çox “Leopard 2” tankı var, onlardan ən azı 300-ü anbardadır.

Mütəxəssislər bildiriblər ki, Ukrayna hərbçiləri “Challenger 2” və “Leopard 2” ilə işləmək üçün üç-altı həftə təlim keçməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*