Güclü külək əsəcək – XƏBƏRDARLIQbackend

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən KONKRET.az-a daxil olan məlumata görə, Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*