Güclü külək Tovuzun bir neçə kəndini işıqsız qoydu – FOTObackend

Güclü külək Tovuzun bir neçə kəndini işıqsız qoydu - FOTO

Tovuzda güclü külək bir sıra fəsadlar törədib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb.

Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda “Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*