Güclü külək və yağıntılı hava şəraiti fəsadlar törətdi – FOTOLARbackend

Güclü külək və yağıntılı hava şəraiti fəsadlar törətdi - FOTOLAR

Qeyri-sabit hava şəraiti Azərbaycanın  bir sıra bölgələrində ciddi fəsadlar törədib.

 

KONKRET.az-ın məlumatına görə, güclü külək nəticəsində Gəncə şəhərində bir neçə ağac aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Eyni zamanda bir neçə fərdi evin dam örtüyü zərər görüb, bəzi yaşayış massivlərinə qazın verilməsi dayandırılıb.

Qazax rayonunda dolu və güclü yağış yağıb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə qismən ziyan dəyib. Analoji vəziyyət Daşkəsən, Gədəbəy və Göygöl, eləcə də Zaqatala, Balakən rayonunda da müşahidə olunur.

Hazırda bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*