Gülənlə bağlı şok etiraflar: Qardaşı oğlu görün nələr danışdıbackend

Gülənlə bağlı şok etiraflar: Qardaşı oğlu görün nələr danışdı

Fətullah Gülənin ölümü ilə bağlı açıqlamalar və etiraflar davam edir. Gülənin qardaşı oğlu Əbusələmə Gülən “YouTube” kanalında bu barədə videolar yayımlayır. O, hər videoda təşkilat daxilində baş verənləri bir-bir ifşa edir.

KONKRET.az xəbər verir ki, son videosunda təşkilatla bağlı tənqidi məqamlara toxunan Əbusələmə Fətullah Gülənin “ideal insan portreti” kimi təsvir edildiyinə diqqət çəkib.

O, FETÖ-yə inananlara söylənilən “ideal insan portreti”nin əslində Fətullah Gülənin layihəsi olduğunu və bunun tərkibində oğruların, qatillərin və çevrilişçilərin də yer aldığını bildirib.

O, əmisi Fətullah Gülənin yanında olmayan insanlara qarşı kin bəslədiyini vurğulayıb. Həmçinin əmisinin “Ergenekon” işində haqsız yerə həbs edilənlərlə bağlı “Onlar buna layiqdirlər” dediyini bildirib.

Təşkilatda maliyyə azalıb

Əbusələmə Gülən yayımladığı videolar sayəsində insanların həqiqəti gördükləri üçün təşkilata pul göndərməyi dayandırdıqlarına diqqət çəkib. O, son videosunda “təşkilata xidmət” adı ilə yığılan pulların onun kimi həqiqəti söyləmək istəyənlərə susmaq üçün rüşvət kimi paylandığını bildirib.

Gülən rəhbərlik qrupunun nə qədər maaş aldığını gizlətdiyini və qeydiyyatsız pulların hara getdiyinin araşdırılmadığını diqqətə çatdırıb.

Təşkilata yardım edənlər narahatdır

Türkiyədə “Rəsmi Qəzet”də dərc olunan qərarla FETÖ təşkilatının yardım adı altında pul topladığı “Time To Help e.V.” dərnəyinin hesabları dondurulub. Bu qərar təşkilata yardım edənlərdə təşviş yaradıb. FETÖ etirafçılarının, xüsusilə də Gülənin öz qardaşı oğlunun yardım pullarının hara getdiyi ilə bağlı açıqlamaları təşkilata qarşı şübhələri artırıb.

Həmçinin məlum olub ki, “Time To Help e.V.” assosiasiyası ilə əlaqəli şəxslər baş verən hadisələrlə əlaqədar mövcud bank hesablarını bağlayıb, başqa banklarda hesab açıblar./ Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*