Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu oldubackend

Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında  güləşçimiz Maqomed-Başir Xaniyev (70 kq) final görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, o, həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gəlib.

İdmançımız tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Digər idmançımız Rəşid Babazadə (65 kq) zədələndiyi üçün fransalı Xamzat Arsamerzoyevlə  final görüşündə güləşməyib və U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

Səbuhi Əmiraslanov ermənistanlı Narek Qriqoryana  4:1 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb. İslam İlyasov (97 kq) isə finalda  türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*