Gümrüdə Paşinyan və Koçaryanın tərəfdarları arasında toqquşma oldubackend

Gümrüdə Paşinyan və Koçaryanın tərəfdarları arasında QARŞIDURMA

Gümrüdə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanın tərəfdarları ilə keçmiş prezident Robert Koçaryanı dəstəkləyənlər arasında toqquşmalar olub.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində Gümrüyə gedən Paşinyan və tərəfdarları “Vardanants” meydanında mitinqdən sonra şəhərin mərkəzinə yürüş təşkiil ediblər. Paşinyanın tərəfdarları “Ayastan” blokunun qərargahı yaxınlığından keçərkən Koçaryanın tərəfdarları ilə əvvəlcə mübahisə baş verib. Daha sonra isə bu mübahisə davaya çevrilib.

“Ayastan” blokunun koordinatorlarından olan Karapet Poqosyan birinci olaraq Baş nazirin tərəfdarlarının başladığını iddia edib. O, həmin hadisənin görüntüsünü paylaşacağına da söz verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*